altun.az

Yunanıstan Türkiyəni dövlət sərhədini pozmaqda ittiham etdi

2-02-2017, 14:03

Yunanıstan Türkiyəni dövlət sərhədini pozmaqda ittiham etdi

Altı türk hərbi təyyarəsi çərşənbə günü 138 dəfə Yunanıstanın hava məkanının sərhədlərini pozub.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Milli Müdafiə Baş Qərargahına istinadən Afina xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, sərhədi altı təyyarə pozub. İki türk təyyarəsi səhər saat 7:43 və 8:41 radələrində 126 dəfə, o cümlədən İmia və Kalolimnos adaları üzərində səkkiz dəfə milli hava məkanının sərhədlərini pozublar.

“Türk təyyarələrinin hamısı silahlı olublar və bütün hallarda yunan qırıcıları tərəfindən qarşısı alınıb”, - Baş Qərargahdan bildirilib.

Yunanıstanın müdafiə naziri Panos Kammenos çoxsaylı sərhəd pozuntuları ilə əlaqədar silahlı qüvvələrin istənilən çağırışa cavab verməyə hazır olduğunu bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 596 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]