altun.az

Yunanıstanla Türkiyə arasında gərginlik

31-01-2017, 22:25

Yunanıstanla Türkiyə arasında gərginlik

Yunanıstanın iki qayığı Türkiyəyə məxsus Kardak adası sahillərinə yaxınlaşaraq 45 dəqiqəlik gərginlik yaradıb.
Altun.az xarici mətbuata istinadən xəbər verir ki, bölgədəki Türkiyə hərbçiləri və sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən onlar ərazidən çıxarılaraq öz sularına qaytarılıblar.
Məlumata görə, bölgədə Türkiyə hərbçisi xidmətini davam etdirir.
Qeyd edək ki, 1995-ci dekabrın 25-də Yunanıstan hərbçiləri Kardak adasına daxil olaraq bayraqlarını sancıblar. Həmin dövrdə Türkiyənin Baş naziri Tansu Çillər “O bayraq oradan enəcək, o əsgər oradan gedəcək” deyərək, Türkiyə Silahlı Qüvvələrinin savaşa hazır olduğunu bildirib və 1996-cı il yanvarın 30-da adadan hərbçilərin çıxarılmasını tələb edib. Bundan sonra Yunanıstan hərbçiləri adanı tərk edib və bayraqlarını özləri ilə aparıblar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 617 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]