altun.az

MÜHARİBƏ BAŞLADI: ilk gündə 5 ölü, 9 yaralı

30-01-2017, 14:22

MÜHARİBƏ BAŞLADI: ilk gündə 5 ölü, 9 yaralı

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.
Altun.az UNİAN agentliyinə istinadən xəbər verir ki, anti-terror əməliyyatları qərargahı ötən gün ərzində 5 Ukrayna hərbçisinin həlak olduğunu, 9-nun yaralandığını açıqlayıb.
Ən gərgin vəziyyət Avdeyevka şəhəri yaxınlığında qeydə alınıb. Ukrayna hərbçiləri ilə separatçılar arasındakı döyüşdə 4 Ukrayna hərbçisi həlak olub, 5 nəfər yaralanıb.
Qeyd edək ki, Donbasda genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanacağına dair iddialar son günlər artıb. Ötən həftə Ukraynanın xarici işlər naziri Pavel Klimkin “5-ci kanal”ın efirində deyib ki, Rusiya öz qoşunlarını Ukrayna ilə sərhəddə yerləşdirməklə açıq şəkildə genişmiqyaslı müdaxiləyə hazırlaşdığını göstərir.
Daha əvvəl isə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik Kiyevdə brifinqdə bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə 10,5 mindən çox hərbi qulluqçunun daxil ediləcəyi motoatıcı diviziya formalaşdırır. Onun sözlərinə görə, diviziyadan Ukraynanın şərqində döyüş əməliyyatlarında istifadə olunacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 587 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]