altun.az

Kanadada terror aktı: silahlılar məscidə hücum etdi

30-01-2017, 11:24

Kanadada terror aktı: silahlılar məscidə hücum etdi

Kanadanın Kuebek şəhərindəki məscidlərdən birində terror aktı törədilib.

Altun.az xarici mediaya istinadən xəbər verir ki, naməlum silahlılar namaz vaxtı insanlara atəş açıb. İlkin məlumatlara görə, hadisə zamanı 5 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Silahlıların 3 nəfər olduğu bildirilib. İnsidentlə əlaqədar 2 şübhəli saxlanılıb. Yerli medianın yaydığı xəbərdə hadisə zamanı məsciddə 100-ə yaxın şəxs olub.

Olaydan dərhal sonra “Twitter” üzərindən açıqlama verən Kanadanın baş naziri Castin Tryudo hadisəni terror aktı adlandırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 604 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]