altun.az

Suriya ordusu 30-dan çox terrorçunu məhv etdi

14-01-2017, 21:34

Suriya ordusu 30-dan çox terrorçunu məhv etdi

Suriya ordusunun döyüşçüləri və könüllülərdən ibarət dəstələr Deyr-əz-Zor şəhəri ərazisində İŞİD terrorçularının hücumunu dəf ediblər.

Səhər saatlarından davam edən şiddətli döyüşlər zamanı hökumət qüvvələri 30-dan çox terrorçunu məhv ediblər.

"İŞİD quldur dəstələri əvvəlcədən digər rayonlardan Deyr-əz-Zora əlavə qüvvə toplayaraq beş istiqamətdə hücuma keçiblər", - deyə Suriya Silahlı Qüvvələri komandanlığının nümayəndəsi bildirib.

Məlumata görə, terrorçular şəhər ətrafındakı hərbi aerodromu yenidən ələ keçirmək istəyiblər və bunun üçün minalanmış avtomobillərdən istifadə ediblər, lakin onların hamısı atəş zərbələri ilə məhv edilib.

Hazırda təqribən 200 min nəfərin yaşadığı Deyr-əz-Zor 2014-cü ildən mühasirə vəziyyətindədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 613 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]