altun.az

Təyyarə qəzası: Daha iki meyit tapıldı

26-12-2016, 22:31

Təyyarə qəzası: Daha iki meyit tapıldı

Ötən gün Qara Dənizdə Rusiyaya məxsus Tu-154 təyyarəsi qəzaya uğradığı yerdə xilasediclər daha iki meyit tapıblar.

Altun.az xəbər verir ki, meyitləri daşıyan təyyarə artıq Moskvaya çatıb, burada genetik ekspertiza keçiriləcək.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, təyyarənin qalıqları sahildən 1700 metr dərinlikdə aşkarlanıb. Təyyarənin "qara qutusu" tapılmayıb.

Qeyd edək ki, dünən Suriyadan Moskvaya uçan təyyarədə 92 sərnişin olub. Onlardan 64-ü Aleksandrov ansamblının artistləri, 9-u telejurnalistdir. Qəzaya uğrayanlardan 13-nün meyiti tapılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 608 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]