altun.az

Amerikanın birinci astronavtı vəfat edib

9-12-2016, 12:51

Amerikanın birinci astronavtı vəfat edib

Orbital kosmik uçuşu həyata keçirən ABŞ-ın ilk astronavtı Con Qlenn 96 yaşında ölüb.

Altun.az xəbər verir ki, bu barədə Ohayonun qubernatoru Con Keysik öz “Twitter” hesabında yazıb.

İlk Orbital kosmik uçuşu Con Qlenn 1962-ci ildə həyata keçirib.

Con Qlenn 1962-ci ilin fevral ayının 20-də Yuri Qaqarin və German Titovdan sonra orbital kosmik uçuşu həyata keçirən üçüncü şəxs idi. Bundan sonra astronavt ABŞ-ın milli qəhrəmanı adını alıb.

Qlenn “Merkuri” seriyasından olan bir nəfərlik kosmik gəmilərdə uçan son amerikalı kosmonavtlardan idi. 1998-ci ildə o, “Diskaveri” şattlında uçub, bununla da kosmosda olan ən yaşlı adam adını qazanıb. Həmin vaxt onun 77 yaşı var idi. Con Qlenn həmçinin Ohayo ştatını ABŞ Senatında təmsil edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 632 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]