altun.az

Putin və Ərdoğan Suriyanı böldü - RAZILAŞMA

2-12-2016, 20:20

Putin və Ərdoğan Suriyanı böldü - RAZILAŞMA

Türkiyə və Rusiya Suriyanın şimalındakı bölgələrə nəzarətin kimin edəcəyi barədə razılaşmağa başlayıb.
Altun.az xəbər verir ki, bu haqda Avropa mediası bildirir.

Avropa mediasının yazdığına görə, Türkiyə Suriyanın şimalında “yarı təhlükəsiz bölgə” yarada bilib. BBC-nin türk xidməti xatırladır ki, Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin son bir həftə ərzində üç dəfə telefonla söhbət edib. Prezidentlərin telefon söhbətində Suriyadakı, həmçinin Hələbdəki son vəziyyət müzakirə edilib.

Hazırda Türkiyə əsgərləri və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) Hələb və Rakka arasında İŞİD-in əlində qalan son qəsəbə olan Əl Baba doğru irəliləyir. Türkiyə Silahlı Qüvvələri və ASO birlikləri Əl Baba çatıb və strateji bir qovşaqda yerləşən qəsəbəni mühasirəyə alıb. Türkiyə prezidenti daha əvvəl verdiyi açıqlamalarında hərbi birliklərin Menbic (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin nəzarətindədir –red.) və Rakkaya (İŞİD terror qruplaşmasının de-fakto paytaxtı –red.) irəliləyəcəyini söyləyib.

“Times” nəşrinə danışan hökumətə yaxın mənbə bildirib ki, Türkiyənin Suriyadakı strateji missiyası rejimlə qarşı-qarşıya gəlmək deyil, Türkiyə sərhədində terrordan təmizlənilmiş bölgəni yaratmaqdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 731 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com