altun.az

Düşmənlərin mühasirəsinə düşən Türkiyə Rusiyadan cəhənnəm silahını istədi – C-400-lərin müdhiş sirri – VİDEO

19-11-2016, 17:51

Düşmənlərin mühasirəsinə düşən Türkiyə Rusiyadan cəhənnəm silahını istədi – C-400-lərin müdhiş sirri – VİDEO

C-400 zenit raket sistemi eyni anda 12 müxtəlif hədəfi 400 km. məsafədə vurmaq imkanına malikdir. “ C-400 raket sistemi öz-özlüyündə bir hərbi polkdur. Burada 8 divizion və hərəsində 12 raket qurğusu var. Təsəvvürünüzə gətirin 5-10 dəqiqə ərzində 400 raket havada müxtəlif uçan obyektləri, vertoloyotu, təyyarəni, ballisitik raketi, qanadlı raketi və sair nə varsa hamısını çox qısa vaxtda məhv etmək imkanına malikdir”.

Altun.az xəbər verir ki, C-400 konstruktoru Aşurbəyli deyib ki, sistem hədəfi müəyyən etdiyi andan məhv etdiyi anadək cəmi bir neçə saniyə vaxt tələb olunur: “C-400 digər zenit raket sistemlərindən əsas üstün cəhəti ondan ibarətdir ki, bu sistemi aldatmaq mümkün deyil. Çünki bu sistem yalançı hədəflə doğru hədəfi yüksək dəqiqliklə müəyyən edə bilir.”
C-400-ü C-300-dən fərqləndirən cəhəti barədə danışan Aşurbəyli deyib ki, bu “əfsanəvi” sistemi havada düşmən tərəfi aldatmaq qabliyyətinə də malikdir. “Yəni qarşı tərəf onu gözləyən təhlükəni vaxtında müəyyən edə bilmir.

C-400 göstəriciləri beynəlxlq komissiyadan testdən çıxdığını qeyd edən konstruktor bildirib ki, beynəlxalq ekspertlər belə bir sensasiyalı nəticəyə gəliblər ki, C-400-ün dünyada analoqu olmayan silahdır: “Buna yaxın analoq ancaq Amerikanın “Patriot” zenit-raket sistemidir. Bununla belə o da bir çox parametrlərinə görə, C-400-dən geri qalır. Məsələn C-400-dən fərqli olaraq amerikanların “Patriot”-u 10 metr yüksəklikdə uçan obyekti və ya hədəfi vura bilmir. Hansı ki, hərbi təyyarələr bu hündürlükdə uçurlar”, – Aşurbəyli qeyd edib.
Məhz bu üstünlüklərinə görə, hazırda xeyli sayda xarici ölkələr Rusiyadan bu silahı almaq üçün xeyli sayda sifariş veriblər.
Türkiyə orta və uzaq mənzilli “C-400” zenit-raket komplekslərinin satın alınması üçün Rusiya ilə danışıqlar aparır.
NTV telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. O bildirib ki, danışıqlar tək Rusiya ilə deyil, digər ölkələrlə də aparılır: “Hazırda Rusiyanın bu məsələ ilə bağlı mövqeyi müsbətdir. Ümid edirəm ki, NATO-ya üzv ölkələr buna ciddi yanaşacaqlar və bizim sistem alyansın tələblərinə uyğun olacaq. Yekun məqsədimiz bu sistemi özümüzdə istehsal etməkdir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 611 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com