altun.az

Fətullah Gülənin qardaşı qızı saxlanıldı

23-09-2016, 21:30

Fətullah Gülənin qardaşı qızı saxlanıldı

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FÜTÖ) qarşı aparılan araşdırma çərçivəsində sözügedən təşkilatın lideri Fətullah Gülənin qardaşı qızı polis tərəfindən Balıkesirdəki evində saxlanılıb.

Altun.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Gülənin Əminə adlı qardaşı qızının Balıkəsirdə Ədrəmit mahalındakı evinə səhər saatlarında əməliyyat təşkil ediblər. Saxlanılan qadının telefon zəngləri araşdırılıb, onun son vaxtlar ABŞ abunəçiləri ilə əlaqə saxladığı üzə çıxıb.

“Mahalın bacısı” kimi tanınan Əminənin evindən seriya nömrəsi F-lə başlayan 2 ədəd bir dollarlıq əskinas və F.Gülənə məxsus çoxlu sayda fotoşəkil və kitab aşkarlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 630 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com