altun.az

Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu

16-08-2019, 14:05


Türkiyənin F-35 qırıcılarının istehsalı proqramından xaric edilməsindən söhbət getmir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Ölkənin baş diplomatı bu məsələ ilə bağlı ABŞ-la anlaşa biləcəklərinə ümid etdiyini bildirib:
“Bizi F-35 proqramından rəsmi olaraq kənarlaşdırmaqdan danışmırıq. Düşünürəm ki, qarşılıqlı anlaşma çərçivəsində razılığa gələ bilərik. Əks təqdirdə hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq. Bu mərhələdə mövcud problemləri həll etməyə diqqət edəcəyik, danışıqlar yolu ilə ziddiyyətləri aradan qaldırmağa çalışacağıq”.
Qeyd edək ki, ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alan Türkiyənin F-35 proqramından çıxarıldığını açıqlamışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 068 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com