Rusiyanın Arxangelsk vilayətindəki hərbi hissədə partlayış baş verib.
Altun.az-ın “RİA Novosti” agentliyinin yaydığı məlumatına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb. Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.
Qeyd edək ki, bu, son iki həftə ərzində Rusiyada hərbi hissədə baş verən ikinci partlayışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.