altun.az

Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer

20-04-2019, 11:55

Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer

İsrail Rusiyanın S-300 sistemlərinin yaxalaya bilməyəcəyi yeni hava-yer tipli supersonik “Rampage” raketlərini hazırlayıb.
Altun.az xəbər verir ki, bu barədə “Telepolis” nəşrinin jurnalisti Florian Retçer yazıb.
Onun sözlərinə görə, İsrail hərbçiləri yeni raketləri ötən həftə Suriya ərazisinə zərbələr zamanı istifadə edib.
“İsrail bu raketlərə Rusiyanın Suriyada S-300 komplekslərini yerləşdirməsinin nəticəsi, həmçinin rus HHM sistemini aldada biləcək vasitə kimi yanaşır”, - jurnalist bildirib.
Retçer bundan sonra Rusiyanın artıq S-400 zenit raket komplekslərinin imkanlarını nümayiş etdirməli olacağını vurğulayıb.
Qeyd edək ki, “Rampage” raketləri xüsusi olaraq HHM sistemləri tərəfindən çox yaxşı müdafiə olunan hədəfləri vurmaq üçün yaradılıb. Raket növbə ilə partlamaq imkanına sahib iki döyüş başlığına sahibdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 676 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]