altun.az

Trampdan Ina alçaldıcı təklif: "Nüvə silahlarını ABŞ-a göndər"

30-03-2019, 10:33

Trampdan Ina alçaldıcı təklif: "Nüvə silahlarını ABŞ-a göndər"

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Ina Şimali Koreyadakı nüvə silahlarını Amerikaya göndərməyi təklif edib.
Altun.az “Reuters”-ə istinadən xəbər verir ki, belə bir təklif 27-28 fevral tarixlərində Vyetnamda keçirilən ABŞ-KXDR liderlərinin zirvə toplantısı zamanı səslənib.
Başlıqların Amerikaya göndərilməsindən savayı, Pxenyandan ölkənin nüvə infrastrukturunu tam olaraq sökməsi, kimyəvi və bioloji silahların hazırlanması üzrə proqramları dayandırması, ballistik raketləri və buraxılış qurğularını ləğv etməsi, həmçinin qeyd olunanların istehsalı üzrə müəssisələri bağlaması istənilib.
Bundan başqa nüvə proqramına aid bütün alim və texniki işçi heyətin kommersiya sahəsinə aid məkanlara köçürülməsi, amerikalılara və beynəlxalq müfəttişlərə onları maraqlandıran bütün obyektlərdə sərbəst yoxlamaların aparılmasına şəraitin yaradılması təklif olunmuşdu.
Kim Çen In bu təklifləri rədd edib və sammit elə həmin gün, vaxtından əvvəl yekunlaşıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 450 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]