altun.az

Almaniya özünəməxsus islamlaşmaq istəyir: "Türkiyə qəbul etməlidir"...- Markus Kerber

25-03-2019, 14:09

Almaniya özünəməxsus islamlaşmaq istəyir: "Türkiyə qəbul etməlidir"...- Markus Kerber

Ehtiyacımız olan tək şey- alman müsəlmanları üçün Almaniyaya aid bir islamdır.
Altun.az xəbər verir ki, bunu “Faynənşl Tayms” a müsahibəsində Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Markus Kerber deyib.
O, alman islamının yaradılmasının önəmindən danışıb:
“Burada əsas məqsəd Almaniyadakı müsəlman cəmiyyəti üzərindəki xarici təsirləri həm maddi, həm də şəxsi ölçüdə azaltmaq və ölkəmizdəki imamların Almaniyada yetişməsini, müsəlman toplumun alman cəmiyyətinə daha yaxşı inteqrasiya olunmasını təmin etməkdir”.
Kerber Türkiyə hökumətinin Almaniyadakı müsəlmanlar üzərindəki təsirinin zəiflədiyini bildirib:
“Türkiyə hökuməti Almaniyada DİTİB tərəfindən idarə olunan məscidlərə nəzarət etdiyi günlərin geridə qaldığını artıq qəbul etməlidir”.
Qeyd edək ki, Almaniyadakı 2400 məsciddən 900-nün Türkiyənin Dəyanət İşləri Nazirliyinin bir qolu olan DİTİB tərəfindən idarə olunması Almaniya hökumətini narahat edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 317 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]