altun.az

Rusiyadan Suriya səmasında əzələ nümayişi - “Məhsul 305”...

23-03-2019, 13:38

Rusiyadan Suriya səmasında əzələ nümayişi - “Məhsul 305”...

Rusiya “Məhsul 305” adlanan yeni idarə olunan aviasiya raketini Suriyada döyüş şəraitində sınaqdan çıxarır.
Altun.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Agentlik hələlik məlumatla bağlı heç bir rəsmi açıqlamaya sahib olmadığını yazıb.
Qeyd edək ki, “Məhsul 305” raketləri Mİ-28HM helikopterləri üçün nəzərdə tutulub. Bu raketlər vasitəsilə zirehli texnika və dəmir-beton sığınacaqları məhv etmək mümkündür. Raket 25 kilometrə qədər uçmaq imkanına sahibdir.
Mİ-28HM Rusiyanın Mİ-28H “Gecə ovçusu” helikopterinin modernizasiya edilmiş versiyasıdır. Bu vertolyot süni intellekt elementləri ilə təchiz edilmiş yeni idarəetmə sisteminə malikdir.
Xatırladaq ki, Moskva martın 21-də bu vertolyotları da Suriyaya sınağa göndərib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 360 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]