altun.az

ABŞ Rusiya üçün çəmbəri daraldır - Polşada...

23-03-2019, 13:34

ABŞ Rusiya üçün çəmbəri daraldır - Polşada...

NATO Polşanın Povidze şəhərində ABŞ hərbi texnikasının qorunması üçün obyekt tikməyi planlaşdırır.
Altun.az xəbər verir ki, bunu “Vol Strit Jurnal” qəzetinə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, obyektin tikintisinə bu ilin yayında start veriləcək və tikinti iki il davam edəcək. O, tikintinin smeta dəyərinin 260 milyon dollar olacağını bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Avropadakı qoşunlarının keçmiş rəhbəri Ben Xoces Avropada ümumilikdə 5 belə obyektin tikiləcəyini bildirib. Bu obyektlərin Polşa ilə bərabər 2-sinin Almaniyada, digərlərinin isə Belçika və Niderlandda yerləşməsi nəzərdə tutulub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 361 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]