altun.az

İsrailin Suriyaya hücumu Rusiyanı narahat edir - XİN

26-12-2018, 19:15

İsrailin Suriyaya hücumu Rusiyanı narahat edir - XİN

İsrailin Suriyaya qarşı hava hücumları və bu hücumları tənzimləmə tərzi Moskvanı ciddi şəkildə narahat edir.
Altun.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Verilən məlumata görə, ötən gün axşam saatlarında Livanın hava məkanında yerləşən İsrail Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcı təyyarəsi Dəməşqin kənar məhəllələrinə hücumlar təşkil edib. Suriya tərəfi maddi zərərə uğrayıb, 3 əsgər yaralanıb. İsraillilər tərəfindən atılan 16 idarə olunan bombanın 14-ü Suriyanın havadan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib", - bəyanatda bildirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 395 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]