altun.az

Rusiya Türkiyəyə satacağı S-400-lərin tədqiq ediləcəyindən narahatdır- Ola bilməz...

20-12-2018, 16:08

Rusiya Türkiyəyə satacağı S-400-lərin tədqiq ediləcəyindən narahatdır- Ola bilməz...

S-400 sistemi Türkiyənin hava hücumundan müdafiə sisteminin əsasını təşkil edəcək. Buna görə də rəsmi Ankara başqa kiminsə bu komplekslər barəsində məlumatlandırılmasında maraqlı ola bilməz.
Altun.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Korotçenkonun sözlərinə görə, qarşıdakı həftələrdə Türkiyə ilə imzalanan müqaviləyə növbəti hücumları gözləmək olar. Müqavilənin reallaşmasını istəməyən qüvvələr sözügedən sənədin imzalanmasının həm Türkiyə, həm də Rusiyaya faydalı olmamasına dair ictimai fikir yaratmaq, qarşılıqlı etibarsızlıq mühiti formalaşdırmaq, Türkiyə-Rusiya münasibətlərinə sədd çəkmək üçün hücuma keçəcəklər.
Xatırladaq ki, “Blumberq” nəşri Türkiyənin ABŞ ekspertlərinə Ankaranın müqavilənin icrasından sonra əldə edəcəyi Rusiyanın S-400 kompleksini tədqiq etməyi təklif elədiyini yazmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 377 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]