altun.az

Bu proses davam etdiriləcək - Kremldən Türkiyə açıqlaması

19-12-2018, 15:31

Bu proses davam etdiriləcək - Kremldən Türkiyə açıqlaması

Türkiyəyə ABŞ istehsalı raket əleyhinə müdafiə sistemlərinin satılması və Rusiya istehsalı S-400 sistemlərinin çatdırılması bir-biri ilə əlaqəli proseslər deyil. S-400 razılaşmasının həyata keçirilməsi prosesi davam etdiriləcək.
Altun.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bunlar əlaqəli proseslər deyil, hazırda biz türk həmkarlarımızla artıq bağlanmış olan müqavilələrin icrasını həyata keçiririk. Siz bilirsiniz ki, S-400 müqavilə və layihəsi həyata keçirilmə mərhələsindədir və bu proses davam etdiriləcək”, - Peskov bildirib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi İdarəsinin yaydığı məlumata görə ABŞ Türkiyəyə ümumi dəyəri 3,5 milyard dollar olan “Patriot” zenit raket sistemlərinin satılması haqqında qərar qəbul edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 313 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com