altun.az

ABŞ Türkiyəni təhdid etdi: "...bu, ABŞ ilə birbaşa qarşıdurmaya səbəb olacaq"

15-12-2018, 23:38

ABŞ Türkiyəni təhdid etdi: "...bu, ABŞ ilə birbaşa qarşıdurmaya səbəb olacaq"

ABŞ rəhbərliyi suriyali hərbçiləri və siyasi müxalifləri Türkiyənin Fərat çayının şərqində YPG/PKK terrorçularına qarşı aparacağı hərbi əməliyyatlara qatılmaması üçün təhdid edib.
Altun.az xəbər verir ki, ABŞ Türkiyənin başladacağı hərbi əməliyyatlarda iştirak edəcək tərəflərin ABŞ ordusu ilə qarşı-qarşıya gələcəyini bildirib:
"Suriya Müxalif və İnqilabi Qüvvələr Regional Koalisiyası (SMDK) və ya Azad Suriya Ordusunun hər hansı bir formada əməliyyatlarda iştirakı ABŞ və koalisiya qüvvələrinə hücum deməkdir. Bu, istər koalisiya qüvvələri, istərsə də ABŞ ilə birbaşa qarşıdurmaya səbəb olacaq”.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəratın şərqində əməliyyata başlayacaqlarını açıqlayıb. YPG komandanı Mazlum Kobani isə ABŞ-a çağırış edərək yardım istəyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 298 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com