altun.az

Fransada daha bir etirazçı faicəvi şəkildə öldü

13-12-2018, 14:54

Fransada daha bir etirazçı faicəvi şəkildə öldü

Fransada “sarı jiletlilərin” hökumətə qarşı etiraz aksiyasında iştirak edən nümayişçilərdən biri yük maşınının altında qalıb.
Altun.az xəbər verir ki, bu haqda RTL yerli prokurorluğa istinadən məlumat yayıb.
Ötən gecə Avinyon şəhərində baş vermiş insidentdə ağır bədən xəsarətləri alan şəxs dünyasını dəyişib.
Avinyonun prokuror müavini Karolina Arman qəzanı törədən sürücünün 26, zərərçəkənin isə 23 yaşında olduğunu bildirib. Hadisəni törədən şəxs həbs olunub.
İnsidentin yaşandığı yolu “sarı jiletlilər” bağladığından, müstəntiqlər yük maşını sürücüsünün avtomobili qəsdən etirazçıların üzərinə sürüb-sürmədiyini müəyyən etməyə çalışır.
Qeyd edək ki, bu, Fransada noyabr ayının ortalarından başlanan “sarı jiletlilərin” etiraz aksiyalarından bəri ölən, sayca, altıncı nümayişçidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 338 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com