altun.az

Ermənistan parlamentini bu cür formalaşdıracaq

10-12-2018, 12:21

Ermənistan parlamentini bu cür formalaşdıracaq

Ermənistan parlamenti növbədənkənar seçkisinin nəticəsinə görə 129 deputatdan təşkil olunacaq.
Altun.az xəbər verir ki, bu məlumatı “Armlur.am” saytı yayıb. Məlumata görə, partiya və blokların yığdıqları səs faizinə uyğun olaraq parlamentdə Mənim Addımım Bloku 86 deputat, Çiçəklənən Ermənistan Partiyası 25 deputat, İşıqlı Ermənistan Partiyası 18 deputatla təmsil olunacaq.
Qeyd edək ki, son parlament seçkisində Ermənistanda Mənim Addımım Bloku 70,43%, Çiçəklənən Ermənistan Partiyası 8,27%, İşıqlı Ermənistan Partiyası isə 6,37% səs toplayıb. Parlamentə keçid faizi partiyalar üçün 5, bloklar üçün 7% olduğuna görə, hazırda mümkün səs bariyerini cəmi 2 partiya və bir blok keçə bilib. Buna görə də yerdə qalan səs faizlərinin 3 siyasi güc arasında bölünməsi nəzərdə tutulub.
Ermənistan qanunlarına əsasən parlamentdə minimum 101 deputat olmalıdır. Buna rəğmən qanun istisna hallarda deputatların sayının 200-ə qədər artırılmasına da izn verir.
Bundan öncəki erməni parlamenti cəmi 105 deputatdan ibarət olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 318 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com