altun.az

Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq--Admiral Vladimir Komoyedov

6-12-2018, 15:46

Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq--Admiral Vladimir Komoyedov

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qara dənizə girmək haqqına sahibdirlər, amma Rusiya özünə qarşı mümkün provokasiyaların heç birini cavabsız qoymayacaq.
Altun.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Qara dəniz donanmasının keçmiş komandanı admiral Vladimir Komoyedov deyib.
“Heç kim ABŞ-a Qara dənizdə üzməyi qadağan etmir. Montrö razılaşmasına əsasən, onların gəmiləri Qara dənizdə 21 gün qala bilər. Ona görə də hələ də amerikalıların nəyə hazırlaşdığı mənə aydın deyil. Onların Ukraynanı necə dəstəkləyəcəyi də aydın deyil. Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə CNN televiziyası ABŞ-ın Kerç insidentinə görə Qara dənizə hərbi gəmi göndərəcəyi haqqında məlumat yayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 321 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com