altun.az

Mən güc yolunun tərəfdarı deyiləm - Dodon

5-12-2018, 14:56

Mən güc yolunun tərəfdarı deyiləm - Dodon

Moldova Prezidenti İqor Dodon müvəqqəti olaraq hakimiyyətdən uzaqlaşdırılmasına dair cəhdlərin parlament seçkilərindən sonra başa çatacağını bildirib.
Altun.az xəbər verir ki, Dodon tərəfdarlarından ibarət Sosialist Partiyasının seçkilərdə qələbə qazanması ilə bunun mümkün olacağını qeyd edib.
Dodonun sözlərinə görə, hazırda hadisələrin inkişafı üçün iki varinat mövcuddur:
“Birinci variant odur ki, prezidentyönlü partiya seçkilərdən sonra parlamentdə üstünlük qazanacaq və məhkəmə qərarı ilə proseduru ləğv edəcək. İkinci üsul isə etirazlar və güc yolu ilə mövcud hakimiyyətin uzaqlaşdırılmasıdır. Ancaq mən güc yolunun tərəfdarı deyiləm”, - Dodon bildirib.
Qeyd edək ki, Moldovada parlament seçkiləri 24 fevral 2019-cu ildə keçiriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 283 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com