altun.az

Ərdoğan Putin, Poroşenko və Trampla danışdı-Böhran

28-11-2018, 19:48

Ərdoğan Putin, Poroşenko və Trampla danışdı-Böhran

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Pyotr Poroşenko arasında telefon danışığı baş tutub.
Altun.az xəbər verir ki, liderlərin telefon söhbətində əsas gündəm Ukrayna və Rusiya arasında baş verən gərginlik olub.
Baş verənlərlə bağlı narahatlığını dilə gətirən Ərdoğan böhranın həllinin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Liderlər telefon danışığında Rusiya və Ukrayna arasında yaşanan gərginliyi müzakirə ediblər. Ərdoğan Poroşenko və Putinlə apardığı telefon danışığı barədə Trampla məlumat mübadiləsi edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 429 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com