altun.az

ABŞ qaçmağa bəhanə axtarır

26-11-2018, 18:31

ABŞ qaçmağa bəhanə axtarır

ABŞ hökuməti və hərbçiləri Əfqanıstandakı situasiyanı anlamırlar və ölkəni tərk etmək istəyirlər.
Altun.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə Əfqanıstan Baş nazirinin müavini Məhəmməd Mohakak deyib.
“Güman edirəm ki, beynəlxalq qüvvələr və ABŞ Əfqanıstanda döyüşmək stimuluna sahib deyillər. Onlar çalışırlar ki, çıxış yolu tapsınlar və Əfqanıstandan qaçsınlar. Amerikalılar Əfqanıstandakı situasiyanı anlamırlar. ABŞ ordusu Əfqanıstandakı şəhərlərin müdafiəsinə diqqəti yönəldiblər. Bir müddət əvvəl Trampın qərarı ilə orduları şəhər kənarlarından çəkdilər. Onlar anlamırlar ki, şəhər kənarından çıxan kimi Taliban şəhərlərə yaxınlaşacaq. Taliban artıq müasir silahlar əldə edib. Bu silahlar əfqan ordusunun yalnız bir neçə xüsusi bölməsində var. Onlara gizli dəstək və yardım verilir. Talibanın üstünlüyü silah dəstəyindədir”, – deyə o bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 417 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]