altun.az

Hərbi vəziyyət elan olundu

26-11-2018, 17:53

Hərbi vəziyyət elan olundu

Ukraynanın Prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyət tətbiq etmək qərarı haqqında fərman imzalayıb.
Altun.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında informasiya dərc olunub.
Prezidentin göstərişinə əsasən, ölkədə 26 noyabr-29 yanvar tarixləri arasında hərbi vəziyyət elan olunub.
Ukraynanın Təhlükəsizlik Xidmətinə təxirəsalınmaz şəkildə əks-kəşfiyyat və antiterror rejimlərini, habelə informasiya təhlükəsizliyini gücləndirmək göstərişi verilib.
Xatırladaq ki, Poroşenko UTMŞ-nın bu gecə keçirilən toplantısında Hərbi Komitənin müharibə vəziyyəti elan edilməsi ilə bağlı qərarını dəstəkləyib. Bu barədə Poroşenko şuranın toplantısında çıxış edib və Ali Radaya müraciət edilməsini istəyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 378 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]