altun.az

Türkiyə ABŞ-ın bu "yeni" təklifini qəbul etməyəcək

25-11-2018, 10:30

Türkiyə ABŞ-ın bu "yeni" təklifini qəbul etməyəcək

ABŞ-ın Suriyanın şimalında müşahidə məntəqələri yaratmaq planı iki ölkə arasındakı problemləri həll edə bilməz.
Altun.az xəbər verir ki, bu sözləri Türkiyədə Müdafiə naziri Hulusi Akarın ABŞ-ın planının bölgədə qarşıdurma yaratması ilə bağlı açıqlamasını RT-yə şərh edən rusiyalı iqtisadi ekspert Vladimir Fitin deyib.
"Bu addım amerikalıların Türkiyə ilə əlaqələrini normallaşdırmaq üçün görülən tədbirdir. Çox sadəlövh cəhddir, çünki amerikalılar Ankara rəhbərliyinin mövqeyini çox yaxşı bilir. Buna görə hesab edirəm ki, ABŞ-ın bu "yeni" təklifləri Türkiyə rəhbərliyi tərəfindən qəbul edilməyəcək. Aralarındakı münasibət olduğu kimi qalacaq".
Fitin onu da qeyd edib ki, ABŞ-ın başlıca hədəfi ən azı Suriyanın şimal-şərqində, ölkənin əsas neft yataqlarının olduğu geniş sahədə söz sahibi olmaq və Suriya hökumətinin bu bölgədə yayılmasının qarşısını almaqdır.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriyanın şimalında müşahidə məntəqələri yaratmaqla bağlı planının münasibətləri korlayacağını və bununla bağlı ABŞ-dakı həmkarları ilə danışıqlar apardığını demişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 415 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]