altun.az

Türkiyə şahinləri bu dəfə “F-35”-lə fəzanı fəth etdilər – VİDEO

11-05-2018, 21:38

Türkiyə şahinləri bu dəfə “F-35”-lə fəzanı fəth etdilər – VİDEO

ABŞ-ın Fort-Uerte şəhərində beşinci nəsil “F-35A Lightning II” qırıcısı Türkiyə bayrağı altında ilk uçuşunu həyata keçirib.
Altun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.
Uçuş zamanı Türkiyənin ilk “F-35”-ni dördüncü nəsil “F-16 Fighting Falcon” qırıcıları müşayiət edib.
18-0001 nömrəli “F-35A” qırıcısının 21 iyun tarixində, rəsmi olaraq, Türkiyə hava qüvvələrinə təhvil-təslim ediləcəyi bildirilir.
“F-35 Lightning II” qırıcısının hazırlanması ilə 2001-ci ildən etibarən ABŞ-ın “Lockheed Martin” şirkəti məşğul olur.
Qırıcı üç variantda buraxılır: A ( hava qüvvələri üçün), B (sürətli uçuş və şaquli vəziyyətdə havaya qalxma imkanı olan) və C (hərbi dəniz donanması üçün).


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 875 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]