altun.az

İsrail mediası Suriyaya hücumun İordaniyadakı ABŞ və Britaniya hərbi bazalarından edildiyini bildirib: 38 ölü

30-04-2018, 11:32

İsrail mediası  Suriyaya hücumun İordaniyadakı ABŞ və Britaniya hərbi bazalarından edildiyini bildirib: 38 ölü

Ötən gün axşam saatlarında Suriyanın hərbi bazalarına zərbə endirilməsi və hərbi anbarın partlaması nəticəsində ölənlərin sayı 38 nəfərə yüksəlib.
Altun.az xəbər verir ki, SANA daha 57 nəfərin yaralandığını bildirir.
Suriya rəsmi mənbələri hələ də zərbəni kimin endirdiyini aydınlaşdırmaqda çətinlik çəkdiyini bildirib. Endirilən raket zərbəsinin qırıcılarla həyata keçirildiyi də istisna edilmir. Suriya rəsmi olaraq, ölü və yaralılarla bağlı məlumat yaymayıb.
Qeyd edək ki, ötən gecə Suriyanın Hama və Hələb şəhərlərindəki hərbi bazalara ağır raket zərbəsi endirilib. Zərbənin təsirindən 3 bala yaxın yer titrəyişi hiss olunub.
---
İsrail mediası hücumun İordaniyadakı ABŞ və Britaniyaya məxsus hərbi bazalardan həyata keçirildiyini iddia edib.
İsrail ordusu isə Suriyada hərbi obyektlərə endirilən zərbələr və bu hücumun onlar tərəfindən edilməsi ilə bağlı yayılan iddalara cavab verməkdən imtina edib.
“Biz, şərh verməkdən imtina edirik”- İsrail ordusunun rəsmilərindən biri deyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 390 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]