altun.az

"Kim olur olsun, bizim təyyarələrə atəş açsa, onu məhv edəcəyik” - İsrail Suriyadakı “S-300”ləri...

24-04-2018, 21:43

"Kim olur olsun, bizim təyyarələrə atəş açsa, onu məhv edəcəyik” - İsrail Suriyadakı “S-300”ləri...

Suriya Rusiyanın göndərəcəyi “S-300” zenit-raket komplekslərindən İsrail hava qüvvələrinə qarşı istifadə etsə, həmin komplekslər məhv ediləcək.
Altun.az “Ynetnews”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.
“Bizim üçün vacib olan məsələ Rusiyanın Suriyaya göndərəcəyi müdafiə silahlarının bizə qarşı istifadə olunmamasıdır. Kim olur olsun, bizim təyyarələrə atəş açsa, onu məhv edəcəyik” - deyə, Liberman Suriyanın “S-300”lərlə tədarükü məsələsini şərh edən zaman qeyd edib.
Xatırladaq ki, ABŞ, Fransa və Britaniyanın Duma şəhərindəki kimyəvi hücuma cavab olaraq, Suriyaya endirdiyi hava zərbələrindən sonra, Rusiya XİN-i Serqey Lavrov Moskvanın Suriyanın HHM sistemini gücləndirməyə hazır olduğunu bildirmişdi .
Ancaq, Moskva hələ ki, Suriyaya “S-300”lərin tədarükü ilə bağlı yekun qərara gəlməyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 494 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]