altun.az

Yunanıstan ordusu Türkiyə helikopterinə atəş açdı

10-04-2018, 14:08

Yunanıstan ordusu Türkiyə helikopterinə atəş açdı

Yunanıstan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterə atəş açıb.
Altun.az xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.
Bildirilib ki, helikopter Kizilhisar adası sahillərinin qərbində yerləşən Ro adası (Kara ada) üzərindən uçurmuş. Bu zaman Yunanıstan hərbçiləri Türkiyə helikopterinə xəbərdarlıq atəşi açıb.
“Ekatimerini” qəzetinin yazdığına görə, Türkiyəyə məxsus bir helikopter Yunanıstanın nəzarəti altında olan Kara adası üzərindən alçaqdan uçub. Hadisəyə də bunun səbəb olduğu iddia edilib.
SKAİ televiziyası isə Türkiyə helikopterinə izlənən güllələrlə xəbərdarlıq atəşi açıldığını bildirib.
Türkiyə və Yunanıstanın müdafiə nazirlikləri hələlik insidentə münasibət bildirməyiblər


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]