altun.az

Rusiya Prezidenti Vladimir Putin və İran heyvan Bəşər Əsədi dəstəklədikləri üçün...- ABŞ

8-04-2018, 19:28

Rusiya Prezidenti Vladimir Putin və İran heyvan Bəşər Əsədi dəstəklədikləri üçün...- ABŞ

Uşaqlar və qadınlar da daxil olmaqla, xeyli insan Suriyadakı kimyəvi hücumda öldü.
Altun.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında Suriyanın Duma bölgəsində baş verən kimyəvi hücumla bağlı yazıb.
“Rusiya Prezidenti Vladimir Putin və İran heyvan Bəşər Əsədi dəstəklədikləri üçün bu olaya görə böyük məsuliyyət daşıyırlar. Böyük bədəl ödənilməlidir. Tibbi yardım və araşdırma aparılması üçün bu bölgəyə girişi açın. Daha bir səbəbsiz insan fəlakəti...”, - deyə Tramp bildirib.
Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətindəki Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 70 nəfərin öldüyü, minlərlə insanın isə zəhərli qazın təsirindən xəstəxanalara çatdırıldığı bildirilmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com