altun.az

Korrupsiyaya görə bəzilərini həbs edə bilərik, ancaq seçki təbliğatı kimi başa düşülə bilər - Baş nazir

7-04-2018, 21:44

Korrupsiyaya görə bəzilərini həbs edə bilərik, ancaq seçki təbliğatı kimi başa düşülə bilər - Baş nazir

Ölkədə terrorla mübarizə, hərbi olaraq, bitib, amma yatan hüceyrələr və İŞİD ideologiyası təhlükəsi hələ də davam edir. Buna görə hər kəsə xəbərdarlıq edirəm.
Altun.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi deyib. O bildirib ki, İŞİD-lə mübarizə planlaşdırılan vaxtdan da tez bitib:
“İŞİD-lə qurudan müharibəmiz bitdi. Bütün ölkə torpaqlarını xilas etdik və Suriya sərhədinə qədər gedərək orada da nəzarəti əldə etdik. Bəzi ölkələr İŞİD-lə mübarizəmizin uzun çəkəcəyini düşünürdü. İranlı rəsmilər mənə İŞİD-lə müharibənin 10 ilə qədər davam edə biləcəyini söyləmişdi. Ancaq biz bunu qısa müddətdə həll etdik”.
Keçmiş baz nazir Nuri əl-Maliki dövründə vəzifədən sui-istifadə hallarının çox olduğunu xatırladan Heydər Abadi ölkədə korrupsiya ilə mübarizə aparıldığını bildirib:
“Korrupsiyaya görə, bəzilərini həbs edə bilərik. Ancaq indi bunu etsək, seçki təbliğatı kimi başa düşülə bilər. Amma hər kəsdən də bunun hesabını soruşacağıq. Böyük dəyişiklikdə xalqın yanımızda olmasını istəyirik”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com