altun.az

Fransa Menbiçdə Türkiyə ilə savaşmaq istəyir

2-04-2018, 10:39

Fransa Menbiçdə Türkiyə ilə savaşmaq istəyir

Fransa 50 zabitini Suriyanın Menbiç şəhərinə göndərib.
Altun.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, fransız hərbçilər Menbiçə ötən cümə günü 4 təyyarə ilə yollanıblar. Zabitlərin Menbiçdəki müxtəlif hərbi bazalara yollandığı da bildirilir.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bir neçə gün öncə Fransa Prezidenti Emmanuel Makron ölkəsinin kürdlərə dəstək sözü verdiyini və DSQ ilə Türkiyə arasında vasitəçilik edəcəyini bildirmişdi. Onun bu açıqlamasına Türkiyədən sərt etiraz gəlmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com