altun.az

Putin savaşa hazırlaşır: Ehtiyat hərbçilər orduya çağırıldı

20-03-2018, 00:15

Putin savaşa hazırlaşır: Ehtiyat hərbçilər orduya çağırıldı

Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin təcili hərbi hazırlığa çağırılması barədə fərman imzalayıb.
Altun.az xəbər verir ki, bu barədə Rusiyanın rəsmi agentliyi məlumat yayıb.
"Ehtiyatda olan Rusiya Federasiyası vətəndaşları hərbi təlim keçmək üçün hərbi xidmətə çağırılsın", - Putinin imzaladığı fərmanda qeyd edilir.
Hərbi təlimin tarixi barədə məlumat verilməsə də, təlimin 2 aya qədər davam edəcəyi bildirilib. Hərbçilər Silahlı Qüvvələr, Dövlət Mühafizə Xidməti və xüsusi-xidmət orqanlarında təlim keçəcək.
Bəzi ekspertlər Putinin seçkilərdən dərhal sonra verdiyi bu qərarı “müharibəyə hazırlıq” və “daha aqressiv siyasətin görüntüsü” kimi dəyərləndiriblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]