altun.az

Putin və Merkel arasında qeyri-adi hədiyyə mübadiləsi

12-03-2018, 20:06

Putin və Merkel arasında qeyri-adi hədiyyə mübadiləsi

Almaniya kansleri Angela Merkel və Rusiya lideri Vladimir Putin ara-sıra bir-birinə müxtəlif delikateslər hədiyyə edir.
Altun.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Angela Merkel danışıb.
“Məlum olduğu kimi, Rusiya prezidenti alman pivəsi içməyi çox sevir, bəzən müxtəlif təamları mübadilə etmək imkanı düşür. Bir dəfə ondan yaxşı hisə verilmiş balıq qəbul etmişdim”- deyə Merkel bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin, Merkelin Rusiyaya səfər edən zaman ona alman pivəsi gətirdiyini bildirmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]