altun.az

Türkiyə təyyarəsi İranda qəzaya uğradı: ən azı 11 ölü - Təcili

11-03-2018, 21:20

Türkiyə təyyarəsi İranda qəzaya uğradı: ən azı 11 ölü - Təcili

İranın cənub-qərbində Türkiyəyə məxsus təyyarə qəzaya uğrayıb.
Altun.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, sözügedən təyyarə İstanbuldan BƏƏ-nin Şarika şəhəri istiqamətində uçurmuş.
Ehtimal edilir ki, qəzaya uğrayan sərnişin təyyarəsi olub.
Olayla bağlı ətraflı məlumat verilməyib.
***
İSNA İran Mülki Aviasiya Təşkilatı Türkiyəyə məxsus sərnişin təyyarəsinin İranın qərbində qəzaya uğradığını açıqlayıb.
Təyyarə BƏƏ-nin Şarika şəhərindən İstanbula uçurmuş. Qəzanın İranın Çaharmahal və Bəxtiyari mahalları sərhədində baş verdiyi bildirilir.
Qəza yerinə xilasedicilər göndərilib.
***
"Röyter" təyyarənin şəxsi olduğunu və göyərtədəki 11 şəxsin hamısının həlak olduğunu yazıb.
***
İranın Qəza-Xilasetmə Xidmətinin təmsilçisi Moctaba Zaledi jurnalistlərə açıqlamasında Türkiyəyə məxsus qəzaya uğrayan təyyarənin şəxsi təyyarə olduğunu təsdiqləyib. Onun sözlərinə görə, təyyarə Çaharmahal və Bəxtiyariya mahalları arasındakı Kiar şəhəri yaxınlığında, dağda qəza edib.
Rəsmi məlumata görə, təyyarənin göyərtəsində 11 sərnişin olub.
***
Türkiyənin Tehrandakı səfiri Hakan Tekin təyyarədə 3 heyət və 8 sərnişin olduğunu təsdiqləyib. O bildirib ki, qəza yeri artıq məlumdur və xilasedicilər ora yollanıblar.
Hakan Tekin təyyarənin qəza səbəbinin hələlik bilinmədiyini deyib.
Təyyarənin “Başaran Holdinq”ə aid olduğu bildirilib.
***
"RİA Novosti" rəsmilərə istinadla təyyarədə ən azı 11, ən çoxu 20 sərnişin ola biləcəyini qeyd edib. Sərnişinlərin 20 nəfər olma ehtimalı haqda RT də yerli mənbələrə istinadla xəbər paylaşıb.
***
"Milliyət" qəzetinin məlumatına görə, təyyarə iş adamı Hüseyn Başaranın qızı Mina Başaranı və 7 rəfiqəsini Dubaydan İstanbula gətirirmiş. Bildirilir ki, onlar Dubaya "Subaylığa vida partisi"ndə iştirak üçün gediblərmiş.
Təyyarənin kapitanının Beril Gebşan, ikinci pilotun isə Məlikə olduğu deyilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]