altun.az

Netanyahu evində 5 saat sorğu-suala çəkildi

3-03-2018, 00:19

Netanyahu evində 5 saat sorğu-suala çəkildi

İsrail Baş naziri Benyamin Netanyahu korrupsiya ittihamı çərçivəsində evində 5 saat polis tərəfindən dindirilib.
Altun.az xəbər verir ki, Netanyahunun xanımı Sara Netanyahu da eyni vaxtda Lod şəhərində polis idarəsində sorğu-suala çəkilib.
Baş nazirə İsrailin ən böyük telekommunikasiya şirkəti "Bezeq"lə, eləcə də "Bezeq"in şəriki və "Valla" şirkətinin sahibi Şaul Elovitçlə bağlı suallar ünvanlanıb.
Xatırladaq ki, İsrail polisi ölkənin Baş naziri Benyamin Netanyahuya qarşı haqqında korrupsiya, dələduzluq və etibardan sui-istifadə ittihamını irəli sürmək üçün kifayət qədər material toplandığını elan edib. Materiallar iki cinayət işinin istintaqı çərçivəsində toplanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]