altun.az

ABŞ Türkiyəni sanksiyalarla hədələdi-S-400-dən imtina etməsə..

27-02-2018, 20:40

ABŞ Türkiyəni sanksiyalarla hədələdi-S-400-dən imtina etməsə..

ABŞ Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksləri almaqdan imtina etməyə çağırır. Əks təqdirdə Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilər
Altun.az xəbər verir ki, bu barədə “Habertürk” Vaşinqtondan olan mənbələrə istinadən məlumat yayıb.
Qəzetin müsahibinin dediyinə görə, ABŞ yaranmış vəziyyətdən yaman narahatdır, belə ki, S-400 komplekslərinin alınması, “NATO ilə operativ uyğunluğa mənfi təsir göstərə bilər”.
Türkiyə hökuməti ordunun adı çəkilən Rusiya istehsalı olan zenit-raket kompleksləri ilə təchizatını dayandırmasa Ankaraya qarşı məhdudlaşdırıcı ölçülərin qəbul olunacağı istisna edilmir.
Mənbənin sözlərinə görə, ABŞ Türkiyənin hava müdafiəsinin təmin olunması üçün Ankaraya alternativ variant tapmağa kömək etmək niyyətindədir.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğu Ankaraya qarşı təhdidlərin yolverilməz olduğunu bildirmişdi. Türkiyəli ali diplomatın sözlərinə görə, Ankara daha əvvəl NATO müttəfiqlərindən HHM sistemi almaq istəsə də, “onlar hər dəfə bir problem çıxarıb”. Bununla əlaqədar Türkiyə 2017-ci ilin dekabr ayında digər ölkələrlə danışıqlara başlayıb və 2017-ci ilin dekabr ayında Rusiyadan zenit-raket komplekslərinin alınması haqqında müqavilə imzalayıb.
Qeyd edək ki, S-400 kompleksləri 400 km qədər əhatədə və 30 km yüksəklikdə uçan aviasiyanın, qanadlı və ballistik raketlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com