altun.az

AB-dən Arakan açıqlaması: Etnik təmizləmə

5-11-2017, 11:09

AB-dən Arakan açıqlaması: Etnik təmizləmə

Myanmarın Arakan vilayətində baş verənlər etnik təmizləmədir.

Altun.az xəbər verir ki, bu sözləri Avropa Birliyi Komissiyasının Humanitar yardım və Böhran idarəetməsi məsələləri üzrə müşaviri Kristos Stlandies Arakan faciəsindən danışarkən söyləyib.

Miqrantların vəziyyətlərini araşdırmaq üçün Banqladeşə səfər edən Kristos Myanmar hökumətini bütün vətəndaşların hüquqlarına hörmət etməyə çağırıb.

“BMT-nin Baş katibi Antonio Quterreşlə həmfikirəm. Bəlkə də bu vəziyyəti ifadə edən cümlə “etnik təmizləmədir”,- o bildirib.

Qeyd edək ki, Myanmarın Arakan vilayətində yüzlərlə müsəlman buddist qruplaşmaların hücumları nəticəsində həlak olub, təxminən 600 min nəfər isə qonşu ölkələrə getmək məcburiyyətində qalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 324 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com