Bugün:

"Onsuzda zibil içində yaşamağa öyrəşmişik, xalqa heç kim baxmır..." - REPORTAJ

15 avq 2017, 00:25, altun
    Oxunub: 390
"Onsuzda zibil içində yaşamağa öyrəşmişik, xalqa heç kim baxmır..." - REPORTAJ

Bura Sakit okeanda yerləşən kiçik Henderson adası, Hindistan və ya Vyetnam deyil, bura Sabunçu rayon Yeni Ramana qəsəbəsidir. Altun.az-ın “Whatsapp” nömrəsinə (051 390 20 70) gələn məlumat əsasında adıçəkilən yerdən hazırladığımız kiçik reportajı oxucularımıza təqdim edirik.

Ərazidə bir neçə zibil yeşiklərinin fərqli yerlərdə eyni aqibəti yaşaması, doğrusu, bizi təəccübləndirdi. Çünki qarşılaşdığımız mənzərə məhəllə arası, gözdən iraq yerdə yox, mərkəzi yolun kənarı, 316 saylı məktəbin arxası, Şuşa şəhərciyinə gedən yolun tam üzərində yerləşir. Maraqlısı isə odur ki, Sabunçu rayon MKİS idarəsi bu biyabırçılığı gördüyü halda heç bir tədbir görmür. Sakinlərin bildirdiyinə görə, bu ərazilər ilin-günün hər saatı bu vəziyyətdə olur.

“Bütün gün zirin-zibilin içindəyik, üfunət iyindən dayanmaq olmur, məktəb vaxtı uşaqlarımız bu yoldan istifadə edir. İtlərin əlindən zibilliyin yanından keçə bilmirlər. Sayan yox, gəlib göstərən yox. Camaatı vəhşi yerinə qoyublar. Deməklə onsuzda düzəlməyəcək, bizlər bu cür yaşamağa öyrəşmişik, xalqa heç kim baxmır.” deyən Səkinə xanım bu vəziyyətin düzələcəyinə inandığını bildirdi. Daha sonra isə qəsəbəni gəzərək rastlaşdığımız arzuolunmaz mənzərələrin hansı səviyyədə olduğunu lentə aldıq.

P.S: Ümid edirik ki, Sabunçu rayon MKİS idarəsi cənab president İlham Əliyevin Şuşa şəhərciyinə gələcəyi vaxtadək yerli sakinləri zibil içində yaşamağa çarəsiz buraxmazlar… Məsələni diqqətdə saxlayacağıq. Həmin utancverici görüntüləri təqdim edirik:
"Onsuzda zibil içində yaşamağa öyrəşmişik, xalqa heç kim baxmır..." - REPORTAJ
"Onsuzda zibil içində yaşamağa öyrəşmişik, xalqa heç kim baxmır..." - REPORTAJ
"Onsuzda zibil içində yaşamağa öyrəşmişik, xalqa heç kim baxmır..." - REPORTAJ
"Onsuzda zibil içində yaşamağa öyrəşmişik, xalqa heç kim baxmır..." - REPORTAJ
"Onsuzda zibil içində yaşamağa öyrəşmişik, xalqa heç kim baxmır..." - REPORTAJ

Altun.az: Azay SÜLEYMANOĞLU
loading...