Bugün:
Altun.az


Heydər Əliyev prospektinin asfalt örtüyü çökür

30 sen 2016, 10:36, altun
    Oxunub: 175
Heydər Əliyev prospektinin asfalt örtüyü çökür

Altun.az xəbər verir ki, Bakı şəhəri Heydər Əliyev prospektinin 20-25 kilometrliyi arasında yolun asfalt örtüyündə artıq çatlar əmələ gəlməyə başlayıb. Günü-gündən böyüməkdə olan həmin bu çatlar qısa gələcəkdə böyük fəsadlara və qəzalara səbəb ola bilər.

İnşasına analoqu olmayan vəsait ayrılan bu yol artıq 23 milyon manatı daxili tərkibində daşımadığını və dağılmağa məcbur olduğunu göstərmək zorunluğundadır.

Ümid edirik ki, bu məsələ tezliklə öz həllini tapar və beynəlxalq imicimizin üzərində qurulduğu, təhsildən, səhiyyədən və digər sahələrdən dəfələrlə çox büdcə ayrılan yol əvvəlki formasına bərpə edilər.

Altun.az: Azay SÜLEYMANOĞLU