Bugün:
Altun.az


HACIBALA MÜƏLLİMİN YEDİYİ VƏ YEDİRTDİYİ "HAMAM" DAYANACAQ MEYDANINDAN XƏBƏR VAR – REPORTAJ

20 dek 2016, 01:01, altun
    Oxunub: 519
HACIBALA MÜƏLLİMİN YEDİYİ VƏ YEDİRTDİYİ "HAMAM" DAYANACAQ MEYDANINDAN XƏBƏR VAR – REPORTAJ

18 oktyabr 2016-cı il tarixində Bakı şəhər Koroğlu metrostansiyası yaxınlığında şəhərin müxtəlif bölgələrinə sərnişin daşıması ilə fəaliyyət göstərən ərazisində avtobus dayanacaqlarının olmaması ilə bağlı xəbər vermişdik. Lakin problemin həlli özünü o qədər gecikdirir ki, verdiyimiz reportajdan nə az, nə çox - 2 ay keçməsinə baxmayaraq, sakinlər yağışlı havada islanmaqdan boyun qaçıra bilmir. Milyonların mənimsənildiyi, dəfələrlə yol örtüyünün dəyişdirildiyi, Bakı Olimpiya Stadionunun ürəyi hesab edilən adıçəkilən ərazidə yan üstə uçulmuş vəziyyətdə qalan dayanacaqlardan və içi qumla dolu heç bir işə yaramayan borulardan başqa hec nə gözə dəymir. Maraqlısı isə odur ki, bu qədər gərgin bir vəziyyətdə insanlara göz dağı verərcəsinə “var, amma görürsünüz ki, quraşdırmırıq” kinayəsi ilə yanaşmaq nəyə lazımdır? Bakı şəhər İcra Hakimiyyəti və yerli icra orqanlarını bu qədər astagəl edən nədir? Bıçaq sümüyə dirəndiyi vaxtda xalqa xidmət cibə hörmətdən daha maraqsızmı gəlir?

Ümid edirik ki, məsələ tezliklə həllini tapar və ən azından, aidiyyəti qurumlar hər gün minlərlə insanın istifadəsində olan bu ərazini vətəndaşların işgəncə ərazisi olmaqdan xilas etməyi bacararlar. Məsələni diqqətdə saxlayacağıq.

HACIBALA MÜƏLLİMİN YEDİYİ VƏ YEDİRTDİYİ "HAMAM" DAYANACAQ MEYDANINDAN XƏBƏR VAR – REPORTAJ
HACIBALA MÜƏLLİMİN YEDİYİ VƏ YEDİRTDİYİ "HAMAM" DAYANACAQ MEYDANINDAN XƏBƏR VAR – REPORTAJ
HACIBALA MÜƏLLİMİN YEDİYİ VƏ YEDİRTDİYİ "HAMAM" DAYANACAQ MEYDANINDAN XƏBƏR VAR – REPORTAJ
HACIBALA MÜƏLLİMİN YEDİYİ VƏ YEDİRTDİYİ "HAMAM" DAYANACAQ MEYDANINDAN XƏBƏR VAR – REPORTAJ


Altun.az: Azay SÜLEYMANOĞLU