Bugün:
Altun.az


Açılışı neftçilərin anım gününə planlaşdırılan abidənin eksklyuziv görüntüləri - FOTOREPORTAJ

26 noy 2016, 23:30, altun
    Oxunub: 374
Açılışı neftçilərin anım gününə planlaşdırılan abidənin eksklyuziv görüntüləri - FOTOREPORTAJ

Altun.az xəbər verir ki, Günəşli yatağı 10 saylı dərin dəniz özülündə 04.12.2015-ci il təbii fəlakət zamanı və ''Neft Daşları''ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən abidə kompleksi ucaldılır. Abidənin inşasının hansı mərhələdə olduğunu və işlərin nə zamana yekunlaşdırılacağını öyrənmək məqsədilə görülən işlərlə bağlı maraqlandıq. İş icraçısı Orxan Qədimovdan aldığımız məlumata əsasən, kompleks Pirallahı rayon Çilov adasında hazırlanır.

Xatırladaq ki, fədakar neftçilərin xatirəsinə ucaldılan bu abidə bir tarixi ənənənin davamıdır: “1957-ci ildə şiddətli qasırğa “Neft Daşları”nda 21 neftçinin həyatına son qoyub. Müstəqillik əldə ediləndən sonra 1999-cu ildə fədakar neftçilərin xatirəsinə “Neft Daşları”nda abidə ucaldılıb. Onların əziz xatirəsi bu günə qədər hər il yeni nəsil neftçilər tərəfindən anılır. “Neft Daşları” hadisəsindən sonra Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ən böyük təbii fəlakət 2015-ci il dekabrın 4-dən 5-nə keçən gecədə baş verib. Dənizin şiddətinə qarşı ölüm-dirim mübarizəsində həlak olmuş həmkarlarımızın qəhrəmanlıq səlnaməsini əbədiləşdirmək üçün qoyulacaq abidənin açılışı bu il fəlakətin il dönümündə planlaşdırılır”.
Açılışı neftçilərin anım gününə planlaşdırılan abidənin eksklyuziv görüntüləri - FOTOREPORTAJ
Açılışı neftçilərin anım gününə planlaşdırılan abidənin eksklyuziv görüntüləri - FOTOREPORTAJ

Altun.az