Bugün:

Çin səmasında meteorit partladı — VİDEO

07 okt 2017, 18:46, altun
    Oxunub: 27
Çin səmasında meteorit partladı — VİDEO

Çinin cənubi-qərbindəki Yunnan əyalətində səma hadisəsi qeydə alınıb.

Altun.az xəbər verir ki, çinlilər meteorit düşdükdən sonra güclü parıltı görüblər.

Nadir səma hadisəsi axşam saatlarında baş verib. Kadrlardan da göründüyü kimi səmada sürətlə meteorit hərəkət edir. Sonra isə güclü parıltı səmanı aydınladır.

Partlayış 0.54 kiloton enerji yaradıb. Bunu isə 540 ton trotilin detonasiyası ilə müqayisə etmək olar.
loading...