Bugün:

Təyyarə polis idarəsinə çırpıldı – VİDEO

05 okt 2017, 11:49, altun
    Oxunub: 80
Təyyarə polis idarəsinə çırpıldı – VİDEO

Peruda An-32 hərbi təyyarəsi qəzaya uğrayıb.

Altun.az xarici mediaya istinadla xəbər verir ki, olay Masamari aviabazasının yaxınlığında baş verib.

Məlumatlara görə, uçuşa hazırlaşan təyyarənin mühərriki və əyləc sistemi sıradan çıxıb. Buna görə də təyyarə yaxınlıqdakı polis idarəsinə çırpılıb.

Olay zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat verilmir.

Sosial şəbəkədə hadisə yerindən ilk görüntülər yerləşdirilib.
loading...