Bugün:

2017-ci ilin ən çox nifrət edilən filmi: “Ana!” - VİDEO

04 okt 2017, 17:22, altun
    Oxunub: 55
2017-ci ilin ən çox nifrət edilən filmi: “Ana!” - VİDEO

İlk dəfə izləyici qarşısına çıxdığı Venesiya film festivalından sonra bəzi tənqidçiləri heyrətləndirən, bəzilərində isə ikrah doğuran Darren Aronofskinin “Ana!” filmi ilə artıq Azərbaycan tamaşaçıları da tanış olublar.

Altun.az xəbər verir ki, film təsadüfən evə gələn bir cütlükdən sonra əriylə yaşadığı nizamlı həyatı alt-üst olan qadından bəhs edir.

Darren Aronofski “Pi”, “Yuxular üçün ağı”, “Fəvvarə”, “Güləşçi”, “Qara qu quşu”, “Nuh” filmləriylə tanınır. Son ekran işi “Ana!” isə xeyli müzakirələrə səbəb olub. Aronofskinin diliylə desək, hər hansı bir janra aid edilməsi çətin olan filmdir. O, film haqqında danışarkən bildirib ki, film evliliyin sürüklədiyi çıxılmaz dalanla başlayır. Hekayənin mərkəzində artıq heç kimə verəcək bir şeyi qalmayan, buna baxmayaraq, həmişə ondan nəsə gözlənilən bir qadın var. Nəticədə, bu dalanda artan gərginliyi saxlamaq olmur, hadisələr çevrədən çıxır.

Luis Bunuelin “Yox edici Mələk”, Roman Polanskinin “Rozmerinin körpəsi” və Lars von Trierin “Antixrist”iylə müqayisə edilən film, eyni zamanda, “2017-ci ilin ən çox nifrət edilən filmi” də hesab edilir.

Aktyor heyətinə gəldikdə, gənc ana rolunu Cenifer Lorens ifa edir. Onun əri rolunda Xavier Bardem, onların “cənnət”indəki nizamı pozan cütlük rollarında isə Ed Harris və Mişel Pfeiffer var.
loading...