Bugün:

NASA Yer kürəsinin yanından keçən ƏN BÖYÜK asteroidin görüntüsünü çəkib - VİDEO

06 sen 2017, 15:43, altun
    Oxunub: 38
NASA Yer kürəsinin yanından keçən ƏN BÖYÜK asteroidin görüntüsünü çəkib - VİDEO

“Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınlığından keçib. NASA astronomları asteroidin təhlükəsiz keçid edəcəyini əvvəlcədən bildirmişdilər.
Altun.az bildirir ki,“Florence” adlanan asteroid indiyə qədər bizə məlum olan, Yerə yaxınlaşan asteroidlər içərisində ölçü etibarilə ən böyüyüdür. Ölçüsü 4 km-dən 5 km-ə qədər qiymətləndirilir. Sentyabr ayının 1-i, Bakı vaxtı ilə saat 16:00 radələrində Yerə ən yaxın məsafədən keçən asteroidin video görüntüləri yayıllb.
Qeyd edək ki, sözügedən “Florence” adlanan asteroid ilk dəfə 1981-ci ildə amerikalı astronom Şelte J.Bus tərəfindən kəşf olunub.
NASA-nın asteroidin keçidi ilə bağlı yaydığı yeni videonu təqdim edirik:
loading...